Qərbi Zəngəzurda kəndlilər yolu bağlayıblar

Qərbi Zəngəzurda kəndlilər yolu bağlayıblar

Qərbi Zəngəzur bölgəsində fermerlər yolu bağlayıblar.

NOCOMMENT report-a istinadən xəbər verir ki, kəndlilər su probleminə etiraz ediblər. Bildirilib ki, suvarma həyata keçirilə bilmədiyinə görə bitkilər quruyur və məhsul toplamaq olmur.

Üçmüəzzin-Əştərək yolunu bağlayan fermerlər erməni polis əməkdaşları ilə uzunmüddətli danışıqlardan sonra yolu açıblar. Kəndlilər problemin həllini tapmayacağı təqdirdə yenidən yolu bağlayacaqlarını bəyan ediblər.