Rus tankları Ukraynaya belə girdi – ANBAAN VİDEO

Rus tankları Ukraynaya belə girdi – ANBAAN VİDEO

Rusiya-Ukrayna cəbhəsindən həyəcanlı xəbərlər gəlməkdə davam edir.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, müxtəlif platformalarda yayılan məlumatlarda və videokadrlarda bildirilib ki, raket atəşləri müxtəlif şəhərləri əhatə edir.

Rusiya prezidentinin Ukrayna hərbçilərinə silahlarını yerə qoyub, evə dönmələri ilə bağlı müraciət etməsindən sonra başlanan hava zərbələrinin ardınca rus tanklarının da sərhədi keçdiyini əks etdirən kadrlar yayılıb. Yayılan videokadrlardan görünür ki, Rusiya ordusuna məxsus tanklar sərbəst şəkildə Ukrayna ərazisinə daxil olur və hətta hərbçilərdən birinin – “Odessa”, – dediyi eşidilir.