Dağlıq Qarabağda hərbi əməliyyatların bitməsindən və bölgədəki Rusiya Federasiyasının sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub.
NOCOMMENT.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə iyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasına nəzarət edirlər.
Məlumatda 11 dekabr tarixində Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alındığı bildirilib.












