Rusiya-Ukrayna danışıqlarında texniki fasilə elan edildi

Rusiya-Ukrayna danışıqlarında texniki fasilə elan edildi

Ukrayna nümayəndə heyətinin üzvü, Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya ilə danışıqlarda çərşənbə axşamına qədər texniki fasilə verildiyini bildirib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb.

“Danışıqlarda sabaha qədər texniki fasilə verilib. İşçi alt qruplarda əlavə iş və bəzi məqamların dəqiqləşdirilməsi üçün danışıqlar davam edir”, – deyə Podolyak qeyd edib.

Qeyd edək ki, bu gün onlayn formatda Rusiya və Ukrayna arasında danışıqların dördüncü raundu keçirilib.