Rusiyada da karantin müddəti 7 günə endirilir

Rusiyada da karantin müddəti 7 günə endirilir

“Rusiyada koronavirusa yoluxanlar üçün karantin müddəti 7 günə endirilir”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Rusiya hökumətinin sədr müavini Tatyana Qolikova söyləyib.

Onun sözlərinə görə, Rusiyada koronavirusa yoluxma faktlarının 60%- i delta, 40%-i isə omikron və digər variantlardır: “Koronavirusun omikron ştamı aşkarlanan pasiyentlərin yalnız 27,9%-i tam aşılanmışdı”.