Bir neçə gün öncə Kiyevə doğru hərəkət etdiyi bildirilən Rusiya ordusuna məxsus 64 km uzunluğundakı kolonla bağlı yeni məlumatlar yayılıb.
NOCOMMENT qafqazinfo-ya istinadən məlumatına görə, peykdən çəkilmiş yeni görüntülər göstərir ki, kolonun bəzi elementləri Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə yerləşdirilib.
Peyk şəkilləri cümə axşamı Kiyev vaxtı ilə saat 11:37-də çəkilib.
Yedəklənmiş artilleriya və digər texnika Antonov aviabazasından təxminən beş kilometr şimal-qərbdə, Lubyanka yaxınlığında, seyrək ağac kolluğunda gizlənir.
Berestyankada, aviabazadan təqribən 15 km qərbdə, bir neçə yanacaq daşıyan maşın və peyklərin məlumatına görə, çoxlu raketatan qurğular ağacların yaxınlığındakı sahədə dayanıb.















