Sabah Ukrayna ərazilərinin ilhaqı rəsmiləşdiriləcək

Sabah Ukrayna ərazilərinin ilhaqı rəsmiləşdiriləcək

Moskva Ukrayna ərazilərində keçirdiyi ilhaq referendumu ilə bağlı konkret hüquqi qərar verəcək.

NOCOMMENT-in teleqraf-a istinadən xəbərinə görə, Rusiyaya birləşməyə qərar verən 4 bölgə üçün rəsmi addım atılacaq.

Məlumata görə, bu regionların Rusiyaya inteqrasiyası ilə bağlı imzalanma mərasimi keçiriləcək.

Mərasimdə Rusiya prezidenti Vladimir Putin də açıqlamalar verəcək.