Şagirdləri daşıyan avtobus yük maşını ilə toqquşdu

Şagirdləri daşıyan avtobus yük maşını ilə toqquşdu

Türkiyənin Mersin vilayətində şagirdləri aparan avtobus yük maşını ilə toqquşub.

NOCOMMENT xəbər verir ki, hadisə nəticəsində 9-u şagird olmaqla 11 nəfər xəsarət alıb.

Qəza yerinə çoxlu sayda tibbi yardım maşını cəlb edilib. Yol müvəqqəti olaraq hərəkət üçün bağlanıb.

Yaralılardan bir şagird və avtobus sürücüsünün vəziyyəti ağır qiymətləndirilir. Faktla əlaqədar araşdırma aparılır.