İrəvan Rusiya Prezidenti Vladimir Putindən Ermənistanla Azərbaycan arasındakı sərhədin demarkasiyası prosesini dəstəkləməsini istəyib.
NOCOMMENT.az xəbər verir ki, RBK-nın məlumatına görə, müvafiq məktubla Rusiya liderinə erməni həmkarı Armen Sarkisyan müraciət edib.
Ermənistan prezidenti demarkasiya ilə bağlı tərəflər arasında yeni mübahisələrin yaranması baxımından potensial təhlükə olduğunu bildiribş
Görünür, Sarkisyan Ermənistanla Azərbaycan arasındakı sərhədi Putinin təyin etməsinin İrəvan üçün daha xeyirli olacağına əmindir. Yəqin bu zaman Rusiyanın Azərbaycana aid bəzi əraziləri Ermənistana qatmağa çalışacağını düşünür.
Azpolitika












