Separatçı deputatlar da aksiya yerinə buraxılmadılar

Separatçı deputatlar da aksiya yerinə buraxılmadılar

Sülhməramlılar qondarma rejimin deputatlarını aksiya keçirilən əraziyə buraxmayıblar.

NOCOMMENT “Hraparak”a istinadla xəbər verir ki, Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı QHT nümayəndələri hazırda Xankəndiyə gedən əsas yolu bağlayıblar.

Bir qrup separatçı “deputat” nə baş verdiyini öyrənmək üçün hadisə yerinə getmək istəsə də, sülhməramlılar Kərkicahan istiqamətindəki ilk keçid məntəqəsində onları geri qaytarıblar. Rus hərbçilər komandanlıqdan avtomobillərin hərəkətinin dayandırılması ilə bağlı əmr alındığını deyiblər. Onlar separatçı qurumun parlament üzvlərinin əraziyə gəlişinin qarşısını alıblar./yenisabah