Sərhəddə atışma: Ermənistan itkilərini açıqladı

Sərhəddə atışma: Ermənistan itkilərini açıqladı

Bu gün Azərbaycanla sərhəddə baş verən atışma nəticəsində Ermənistan ordusunun 1 əsgəri ölüb, bir neçə yaralı var.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan MN yaralıların sayının dəqiqləşdirildiyini bildirib.