Oktyabrın 5-ə olan məlumata görə, Azərbaycanla sonuncu hərbi toqquşma nəticəsində yaralanan erməni əsgərlərdən 61 nəfərinin müalicəsi başa çatıb və onlar xəstəxanalardan evə buraxılıblar.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, daha 40 nəfərin müalicəsi başa çatıb və onlar hazırda reabilitasiya məzuniyyətindədirlər.
“Hazırda xəstəxanalarda səhhəti son dərəcə ağır qiymətləndirilən yaralı yoxdur”, – deyə rəsmi məlumatda bildirilib.












