Türkiyəli aktyor Rasim Öztekin müalicə olunduğu xəstəxanada vəfat edib.
NOCOMMENT oxu24.com-a istinadən xəbər verir ki, aktyorun ölüm xəbərini səhiyyə naziri Fəxrəddin Qoca sosial şəbəkə vasitəsilə təsdiqləyib.
“Serial, teatr və kino aktyoru Rasim Öztekin keçirdiyi ürəktutmasından sonra Dr. Siyami Ersek Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında göstərilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirib.
Televiziya olan hər evdə ailədən biriydi. Başımız sağ olsun”, – deyə nazir yazıb.












