SON DƏQİQƏ: Ukraynada daha 3 azərbaycanlı güllələndi

SON DƏQİQƏ: Ukraynada daha 3 azərbaycanlı güllələndi

Ukraynanın Dnepr vilayətindən Rusiyanın Belqorod şəhərinə yük maşını ilə kənd təsərrüfatı məhsulları aparan azərbaycanlılar rus hərbçilərinin atəşinə məruz qalıb.

NOCOMMENT xəbər verir ki, yenisabah-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb. Onlar Tahirov Samir Sürəddin oğlu, Bayramov Yusif Asif oğlu və Əsgərzadə Nadir Qadir oğludur.

Qeyd edək ki, Ukrayna hərbçiləri onları xəstəxanaya yerləşdiriblər.