Sülhməramlılar Qarabağdan çıxarıla bilər: 10 noyabr razılaşması pozulur?

Sülhməramlılar Qarabağdan çıxarıla bilər: 10 noyabr razılaşması pozulur?

Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyəti indiki şərtlər daxilində davam edib, birbaşa Ermənistanla bu istiqamətdə işləri həyata keciricəklərsə, Azərbaycan iki ildən sonra sülhməramli qüvvələrin çıxarılmasını tələb edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Azadinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. O, Laçın dəhlizi ilə bağlı mürəkkəb vəziyyətin yarandığını bildirib:

“Bu Dəhliz vasitəsilə Ermənistan rəsmilərinin Qarabağa girişi və silhahlı ermeni birləşmələrinin lojistikası, həmçinin, canlı qüvvə ilə təmini həyata keçirilir. Bu, 10 noyabr razılaşmasına zidd olaraq sülhməramlı qüvvələr tərəfindən pozulur.

Göründüyü kimi Rusiya tərəfi demək olar ki, Bəyannamədə əsas maddələrin yerinə yetirilməsini təmin etmir. Bura kommunikasiyaların açılmasını da qeyd etmək olar”.

Politoloq Naxçıvanla Azərbaycanın birbaşa əlaqəsini təmin edən “Mehri” dəhlizi ilə bağlı danışıqlardan İrəvanın yayındığını bildirib:

“Bu, Ermenistan daxilində siyasi proseslərdən qaynaqlanır. Belə çıxır ki, Ermenistan daxilində gərgin vəziyyətə görə kommunikasiyalar açılmırsa, revanşistlər-Kocaryan və Sarkisyan tandemi hakimiyyətə gələrsə, 10 noyabr razılaşması tamamilə pozula bilər. Əgər, Rusiya bu məslələri həll etmirsə, demək revanşistlər hakimiyyəti qəsb etsələr, tamamilə 10 noyabr və 11 Yanvar razılaşmalarının Ermənistan tərəfindən pozulmasına seyrci qalacaq. Ona görə də bir mənalı olaraq Azərbaycan artıq növbəti ildən Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasını tələb etməlidir.
Prezident İlham Əliyev Sülhməramlıların fəaliyyətindən narazılığını bir neçə dəfə elan etməklə, onların çıxarılmasınıa zəmin yaradır”.

M. Əsadullazadə Azərbaycanın Türkiyə və Pakistanla hərbi ittifaq yaratmasını Moskvanın bütün təzyiqlərini neytrallaşdıracağını bildirib.