“Hər kəs anlayır ki, Ermənistan öz tarixində ilk dəfə olaraq Türkiyənin bütün ilkin şərtlərini qəbul edib”.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan deyib.
Ekspert Türkiyə və Ermənistanı barışdırmaq üçün ABŞ-ın da fəallaşdığını bildirib: “1992-ci il yanvarın 6-dan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ABŞ-ın xarici siyasətində prioritet məsələdir. Bütün mərhələlərdə, belə bir fürsət olanda Vaşinqton Ermənistan-Türkiyə prosesini dəstəkləyib. İndi Amerika siyasətinin intensivləşməsi də bununla bağlıdır. İndi hamımız Türkiyə və Azərbaycanla barışmağa razı olacağıq”.
Sarkisyan Ermənistan rəhbərliyinin bunun üçün Qarabağa olan qondarma iddiasından da əl çəkdiyini iddia edib.











