Şuşanın bu kəndinə erməni polkovnik gəldi və…

Şuşanın bu kəndinə erməni polkovnik gəldi və…

“Dünən Şuşa rayonunun Böyük Qaladərəsi kəndində oldum. Kənd sakinləri qazın olmamasından və ya düşmən atəşinin tez-tez eşidilməsindən yox, azərbaycanlıların Artsaxı xarici dünya ilə birləşdirəcək alternativ yolun kəndin çoxəsrlik evlərinin olduğu hissəsindən çəkmək qərarına gəlməsindən narahatdırlar”.

NOCOMMENT.az moderator.az-a istinadən xəbər verir ki, Ermənistanın “News” am nəşrinin yaydığı məlumata görə, bu sərsəmləməni özünün “Facebook” səhifəsində, Qarabağdakı qanunsuz separatçı-terrorçu erməni ordusunun qondarma “informasiya və ictimaiyyətlə əlaqələr idarəsi”nin keçmiş rəisi, polkovnik Senor Asratyan yazıb.

O, xüsusilə qeyd edib ki, “üstəlik, təkcə evlər deyil, kəndin ortasındakı köhnə kilsə də sökülmək təhlükəsi altındadır..”

Zəruri şərh:

Görünür, üzdəniraq cənab Senor Asatryan Rusiya hərbçilərinin himayəsi altında o qədər harınlayıb ki, Azərbaycan Respublikasının suveren ərazisində olduğunu da, Şuşa rayonunun adı çəkilən kəndinin hələ 1988-1991-ci illərdə terrorçu bazasına çevrildiyini, Şuşa və Laçının yaxınlıqdakı kəndlərinə böyük təhlükələr yaratdığını, həmin kəndin ərazisindən dinc sakinlərə, jurnalistlərə, hətta Rusiya-sovet hərbçilərinə qarşı da terror aktları törədildiyini, eləcə də 30 illik işğal boyu Ermənistanın və separatçı rejimin Azərbaycan ərazisində on minlərlə evlərlə yanaşı, neçə-neçə məscid, digər dini və tarixi abidələrimizi məhv etdiyini və s. unudub. İkincisi də, 10 noyabr razılaşmasından bəri Azərbaycan ordusu tərəfindən Qaladərəsi sakinlərinə tərəf bir atəş də açılması faktı qeydə alınmayıb. Üçüncüsü də, Asatryan kimi separatçılar sevinsinlər ki, onların bu cür revanşist davranışlarına rəğmən Azərbaycan dövləti hələ Qarabağdakı ermənilər üçün alternativ yol çəkilməsinə razı olub…