Tanınmış ukraynalı jurnalist döyüşlər zamanı həlak olub

Tanınmış ukraynalı jurnalist döyüşlər zamanı həlak olub

Tanınmış ukraynalı hərbi jurnalist Viktor Dudar bu gecə Nikolayev yaxınlığında döyüşdə həlak olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Dudar genişmiqyaslı müharibənin elə ilk günündə Silahlı Qüvvələrin tərkibində Ukraynanı müdafiə etmək üçün hərbi komissarlığa gedib. O, 2014-2015-ci illərdə ölkənin şərqindəki müharibədə iştirak edib.

Daha sonra ehtiyatda olan hərbi qulluqçu kimi yerli “Ekspress” qəzetində çalışıb, son günə kimi burada hərbi xəbərlər və araşdırma jurnalistikası ilə məşğul olub.