Ermənistan ordusunun təxribata cəhd edən iki hərbçisi yaralanıb.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Arzdəyən (Yerasx) istiqamətində baş verən insident nəticəsində iki erməni hərbçi yaralanıb. Onlardan biri – leytenant Qraç Manasaryan xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, son sutka ərzində Azərbaycan Ordusunun mövqeləri 24 dəfə atəşə tutulub. Bölmələrimiz tərəfindən həmin istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.












