Tiflisdə bina uçub, fəhlələr dağıntı altında qalıblar

Tiflisdə bina uçub, fəhlələr dağıntı altında qalıblar

Gürcüstanın paytaxtı Tbilisinin Lermontov küçəsində qəzalı binanın sökülməsi zamanı bina uçub, nəticədə üç fəhlə dağıntının altında qalıb.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə polis, təcili yardım maşınları və xilasetmə bölmələri cəlb edilib.

Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətindən verilən məlumata görə, fəhlələr dağıntı altından çıxarılıb və xəstəxanaya yerləşdiriliblər.