“Müharibə həmişə mümkündür, lakin hazırda bizdə yaxın gələcəkdə müharibənin başlaması barədə məlumat yoxdur”.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisdə jurnalistlərlə söhbətində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Tiqran Arutyunyan deyib: “Hazırda bizdə heç bir məlumat yoxdur. Müharibə təhlükəsi ilə bağlı məlumatlar əsaslı deyil”.
Onun sözlərinə görə, müharibə həmişə mümkündür, lakin hazırda onlarda yaxın gələcəkdə müharibənin başlaması barədə məlumat yoxdur.










