Türkiyədə əməliyyat zamanı təhlükəli terrorçu və silahdaşları məhv ediliblər

Türkiyədə əməliyyat zamanı təhlükəli terrorçu və silahdaşları məhv ediliblər

Türkiyənin cənub-şərqindəki Siirt əyalətində antiterror aksiyası keçirilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı 5 nəfər zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçular arasında 1 qadın da var. Qeyd edilir ki, öldürülənlərdən biri təhlükəli terroçu “Kendal Cizir” kod adlı Mazlum Matdır.

Əməliyyat zamanı xeyli sayda silah-sursat ələ keçirilib.