Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 11-ə çatıb.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
“Tatvanda qəzaya uörayan helikopterdəki qəhrəman silahdaşlarımızdan daha biri şəhid olub. Şəhid sayı 11-ə yüksəlib”, – nazirliyin açıqlamasında deyilir.
Qeyd edək ki, qəza nəticəsində Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş şəhid olub.
*20:14
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə Quru Qüvvələri komandanlığına məxsus “Cougar” tipli helikopterin qəzaya uğraması nəticəsində 9 hərbçi şəhid olub.













