Türkiyədə iki dəfə zəlzələ olub

Türkiyədə iki dəfə zəlzələ olub

Türkiyəni Çorum şəhərində iki zəlzələ baş verib.

NOCOMMENT-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd edilir ki, yeraltı təkanlar 10 dəqiqəlik fasilə ilə qeydə alınıb. Birinci zəlzələ yerli vaxtla saat 01:24-də 3,7 bal, ikinci zəlzələ isə saat 1:34-də 2,4 bal gücündə olub.

Zəlzələ Uğurludağda sakinlər arasıbda qısa müddətli təlaşa səbəb olub.

Dağıntı və ya tələfat qeydə alınmayıb.