Türkiyədə leysan həyatı iflic etdi, məktəblər bağlandı

Türkiyədə leysan həyatı iflic etdi, məktəblər bağlandı

Türkiyənin Antalya şəhərində uzunmüddətli yağışlı hava şəraiti nəticəsində mərkəzi bölgələri su basıb. 

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, xüsusən Antalyanın Qumluca rayonu ərazisində evlər və müxtəlif obyektlər güclü yağışdan zərər görüb.

Məlumata görə, təhsil müəssisələri fəaliyyətini dayandırıb, elektrik enerjisinin verilişində problemlər yaranıb. Bələdiyyə əhaliyə müraciət edərək yaşayış yerlərini tərk etməmək və diqqətli olmaq barədə çağırış edib.

Hazırda fövqəladə hallar orqanları ərazidə fəaliyyətini davam etdirir.