Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə koronavirusa qarşı vaksinasiya kampaniyası ilə bağlı son rəqəmləri açıqlayıb.
NOCOMMENT xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Vaksin olunanlara, vaksinlərimizi hazırlayanlara milyon dəfə təşəkkür edirik. Vaksinasiyada ümumilikdə 90 milyon dozanı keçmişik. Ertələyənlər də qərar verdikdə nəticə rəqəmlərlə ifadəedilməz olacaq”, – deyə nazir qeyd edib.









