Martın 6-dan 7-nə keçən gecə Ukrayna əsgərləri Xerson yaxınlığındakı Çernobaevka aerodromunu mühasirəyə alaraq düşmənin hava donanması məhv edib.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dəniz Piyadaları Komandanlığı məlumat yayıb.
“Düşmənin 30 helikopteri, canlı qüvvəsi və texnikası məhv edilib”, – məlumatda deyilir.
Bundan əlavə, son sutka ərzində Nikolayevə yaxınlaşan Rusiyanın 3 hərbi kolonu məhv edilib. Ukraynalı müdafiəçilərin xeyli sayda silah-sursat ələ keçirdiyi bildirilir.












