Ukrayna: Rusiyanın 5 təyyarəsi və 1 helikopteri vurulub

Ukrayna: Rusiyanın 5 təyyarəsi və 1 helikopteri vurulub

“İlkin məlumata görə, Luqansk vilayətində 5 təyyarə və 1 Rusiya helikopteri vurulub”.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları Komandanlığı məlumat yayıb.

Bildirilib ki, zərərsizləşdirilənlər arasında Su-24 təyyarəsi də var. Həmçinin Sçastye ərazisində Rusiya Federasiyasının iki tankı və bir neçə yük maşını məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında isə Ukrayna sərhədçilərinin rus bölmələrinə heç bir müqavimət göstərmədiyi bildirilib: “Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitələri sıxışdırılıb. Ukrayna silahlı qüvvələrinin hava bazalarının hərbi infrastrukturu sıradan çıxarılıb”.