Ukrayna rusların verdiyi itkilərin sayını açıqladı

Ukrayna rusların verdiyi itkilərin sayını açıqladı

Ukrayna Rusiya Silahlı Qüvvələrinin işğal zamanı verdiyi itkilərin son ana olan nəticələrini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş qərargahı məlumat yayıb.

İtkilərin bu şəkildə olduğu bildirilib: “303 tank, 1036 zirehli döyüş maşını, 120 artilleriya sistemi, 56 reaktiv yaylım atəşi sistemi, 27 hava hücumundan müdafiə vasitəsi, 48 təyyarə, 80 helikopter, 474 avtomobil texnikası, 3 yüngül sürətli qayıq, 60 yanacaq çəni, 7 PUA”.

Bildirilib ki, Rusiya tərəfi 12 mindən çox insan itkisi verib.