Ukraynanın Xerson şəhərində yaşayan azərbaycanlı ailə faciə ilə üzləşib.
NOCOMMENT.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, əslən Cəbrayıl rayonunun Balyant kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib.
Qoşqar Fərzəliyevin yaxınları Modern.az-a bildiriblər ki, onun qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.
Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub.
Q. Fərzəliyev həmin vaxt orada olmayıb.















