Ukraynadan rus ordusuna sarsıdıcı zərbə – Darmadağın edildi

Ukraynadan rus ordusuna sarsıdıcı zərbə – Darmadağın edildi

Ukrayna artilleriyaçıları Luqansk vilayətinin Starobilsk şəhəri yaxınlığında rus işğalçılarına ağır zərbə vurublar.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“Ukraynalı artilleriyaçılar Starobilsk yaxınlığında işğalçılara ağır itkilər yaşadıblar. Starobilskdə Ukrayna artilleriyası Aydar çayını keçməyə hazırlaşan Rusiya texnikasının sütununu darmadağın edib”, – deyə məlumatda bildirilib.

Məlumata görə, düşmən Ukrayna sərhədini pozaraq ölkə ərazilərinə daxil olmaq, zərbə endirmək və Ukrayna qoşunlarının müdafiə xəttini pozmağa cəhd edib.

“Nəticədə işğalçılar itki verərək geri çəkilib”, – deyə məlumatda qeyd edilib.