Ukraynda dövlətə xəyanətə görə şəhər meri saxlanılıb

Ukraynda dövlətə xəyanətə görə şəhər meri saxlanılıb

Yujnı şəhərinin (Xarkov vilayəti, Xarkov rayonu) meri Aleksandr Bryuxanov dövlətə xəyanətə görə saxlanılıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

“Bu gün hərbçilərin xüsusi əməliyyatı keçirilib. Yujnı şəhərinin meri cənab Bryuxanov, onun müavini, yerli polis idarəsinin rəisi və rayon müfəttişi “Dövlətə xəyanət” maddəsi ilə saxlanılıb. Bunu anlamaq üçün deyirik. O kəslərə ki, hələ də bizim müharibəmiz olduğunu başa düşmürlər və düşmənlə danışıq aparmağa imkan verirlər!”

Bundan əvvəl Kupyanskın (Xarkov vilayəti) meri Gennadi Matseqora bildirib ki, şəhər hazırda rus işğalçılarının nəzarəti altındadır. Rusiya hərbçiləri guya “asayişi təmin etmək və sakinləri sakitləşdirmək” üçün şəhərə daxil olacaqlarını bildiriblər.