Xocavənd istiqamətində güclü partlayış – 1 erməni öldü

Xocavənd istiqamətində güclü partlayış – 1 erməni öldü

Bu gün günorta saatlarında Xocavənd istiqamətində güclü partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, hərbi jurnalist Tofiq Şahmuradovun verdiyi məlumata görə ermənilərə məxsus Niva markalı maşın minaya düşüb.

Gücü partlayış nəticəsində 1 erməni yerindəcə ölüb. 2 erməni ağır xəsarət alıb. Onlar təcili yardım maşını ilə Xankəndi şəhərindəki xəstəxanaya çatdırılıb.

Yaralananlardan biri Qarik Nalbandyan ayağını, Arik Arakelyan isə qolunu itirib. Onların vəziyyəti ağırdır. Güclü partlayış nəticəsində ölən Jiro adlı erməni hərbçisinin cəsədinin parçalarının axtarışı davam edir

Faktı bağlı araşdırma aparılır.