Tiqran Xudaverdyan Yelena Buninanın əvəzinə “Yandeks”in Rusiyadakı baş direktoru təyin edilib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Yandeks” şirkəti məlumat yayıb.
“Eyni zamanda Tiqran Xudaverdyan “Yandeks” şirkətlər qrupunun icraçı direktoru olan köhnə vəzifəsini yerinə yetirməyə davam edəcək”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Xudaverdyan 2019-cu ildən “Yandeks” şirkətlər qrupunun icraçı direktorudur, şirkətin baş direktoru isə Arkadi Volojdur..










