Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 9-da Rusiyanın paytaxtı Moskvaya yola düşüb.
Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.
Toplantı noyabrın 10-da keçiriləcək.












