Zaqatala peşə məktəbində gün ərzində 1000-1500 ədəd qoruyucu tibbi maska tikiləcək.
NOCOMMENT.az xəbər verir ki, əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının təşəbbüsü və dəstəyi ilə rayonda fəaliyyət göstərən peşə məktəbinin dərzi ixtisas qrupunun istehsalat təlimi ustaları və müəllimləri tərəfindən tibbi maskaların tikilməsinə başlanılıb.
Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaq, həmrəylik nümayiş etdirməkdir.
Tikilən tibbi maskalar ehtiyacı olan rayon əhalisinə pulsuz paylanılır.
Qeyd edək ki, peşə məktəbində gün ərzində 1000-1500 ədəd qoruyucu maskanın tikilməsi və vətəndaşlara çatdırılması nəzərdə tutulur.













