Rəisi başı açıq olan qadın jurnalistə müsahibə vermədibackend

Rəisi başı açıq olan qadın jurnalistə müsahibə vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-Yorkda BMT-nin 77-ci sessiyasında iştirak edən İran Prezidenti İbrahim Rəisi CNN televiziyasına müsahibə verməkdən imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə kanalın müxbiri Kristina Amanpur “Twitter” səhifəsində yazıb.

O bildirib ki, müsahibə üçün əvvəlcədən razılıq əldə olunsa da, Prezident İbrahim Rəisi müsahibə verməkdən imtina edib. İran Prezidenti CNN-nin müxbiri Kristina Amanpura başının bağlı olması şərtini irəli sürüb.

Lakin jurnalist başını örtmək istəməyib. Bu səbəbdən də İbrahim Rəisi müsahibə vermək istəməyib.