Rəsmi Tehran: İran-Ermənistan yolu bizim üçün strateji əhəmiyyətə malikdirbackend

Rəsmi Tehran: İran-Ermənistan yolu bizim üçün strateji əhəmiyyətə malikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni İran-Ermənistan alternativ yolunun inşası məsələsində Ermənistana kömək etməyə hazırıq”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi “İran-Ermənistan dostluğu” yutub kanalına verdiyi müsahibə zamanı deyib.

X.Xademinin sözlərinə görə, Ermənistan hazırda Gorus-Qafan yoluna alternativ olaraq Tatev rayonunda yolun inşasına başlayıb.

“Sözügedən yol vasitəsilə yük və sərnişin daşınması mümkün qədər tez başlasın deyə erməni tərəfi ilə danışıqlar aparırıq”, – deyə Xamedi qeyd edib.

O, həmçinin vurğulayıb ki, İran-Ermənistan dövlətlərarası yolu İran üçün strateji əhəmiyyətə malikdir.

“Bu yolda olmuşuq və yeni yolun inşası üçün Ermənistana kömək etməyə hazırıq. Həmçinin İran öz mühəndis-texniki imkanlarını da verməyə hazırdır. Ermənistan, həmçinin İran sərhədindən başlayan və Gürcüstan sərhədinə çatan “Şimal-cənub” yolunu da inşa edir. Bildiyim qədərilə, şimal hissədə xeyli iş görülüb və ümid edirəm ki, tezliklə cənub hissədə də işlər başlayacaq. Bu məsələdə də Ermənistan ilə əməkdaşlıq etməyə hazırıq”, – deyə iranlı nazir müavini bildirib.

Erməni KİV-də yayılan məlumata görə, Tatev-Qafan yolunun inşasının noyabrın sonuna kimi tam olaraq başa çatması planlaşdırılır.

Qeyd edək ki, Xeyrullah Xademi oktyabrın 4-də İranın Tatev yolunun inşasına kömək etməsi məsələsini müzakirə etmək üçün Ermənistana səfər edib.