RƏSMİ: Yaponiyanın keçmiş Baş naziri vəfat edibbackend

RƏSMİ: Yaponiyanın keçmiş Baş naziri vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abe vəfat edib.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə Yaponiyanın NHK televiziyası məlumat yayıb.

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndəsinin sözlərinə görə, 67 yaşlı S.Abenin sui-qəsdən sonra huşu özündə olub, lakin xəstəxanaya gedərkən vəziyyəti kəskinləşib: ağciyərləri imtina edib və ürəyi dayanıb. Həkimlərin ciddi səyinə baxmayaraq, Abe Nara prefekturasındakı Tibb Universitetinin xəstəxanasında dünyasını dəyişib.