Rəy sorğusu: Köçəryanın bloku Nikol Paşinyanın partiyasını üstələdibackend

Rəy sorğusu: Köçəryanın bloku Nikol Paşinyanın partiyasını üstələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk dəfə “Ermənistan” blokunun göstəricisi “Vətəndaş Müqavilə”sinin göstəricisindən bir qədər yüksək olub.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu “GALLUP İnternational Association” beynəlxalq qurumunun Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, yeni sosioloji sorğunun nəticələrinə görə, respondentlərin 24,1%-i “Ermənistan” blokuna, 23,8% -i “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazırdır. Əvvəlki anketin nəticələri ilə müqayisədə, “Ermənistan” blokunun göstəricisi 3,5%, “Vətəndaş Müqaviləsi”nin göstəricisi isə 1,4% artıb.

Aram Navasardyan qeyd edib ki, sorğunun nəticələrinə görə, respondentlərin təxminən 51-52%-i polisin işini mənfi qiymətləndirir.

Eyni zamanda, müxtəlif şəxslərin fəaliyyəti qiymətləndirilərkən ən yüksək qiymətləndirmə yenidən ombudsmana verilib. Bütün digərlərinin qiymətləndirməsi müsbət diapazonda deyil.