Robert Köçəryan Moskvaya çağırılıbbackend

Robert Köçəryan Moskvaya çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hakim Vahid Rusiya Partiyası Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” blokunun rəhbəri Robert Köçəryanı Moskvaya dəvət edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Rusiyanın hakim partiyası R.Koçəryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırıb.

Erməistanın ikinci prezidentinin ofisindən Baqrat Mikoyan bildirib ki, səfər çərçivəsində, Köçəryan partiya liderləri ilə görüşəcək. Tərəflər regiondakı vəziyyəti də müzakirə edəcəklər.

Mikoyanın sözlərinə görə, Köçəryan dəvəti qəbul edib və gələn həftənin sonunda Rusiya paytaxtına yollanacaq.