Rövşən Əkbərovun işi məhkəməyə göndərildibackend

Rövşən Əkbərovun işi məhkəməyə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, karantin qaydalarını kobud şəkildə pozmaqda ittiham olunan Rövşən Əkbərovun cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Rövşən Əkbərovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.