Rudenko: Liderlərin görüşü sülh müqaviləsinin bağlanmasına kömək edəcəkbackend

Rudenko: Liderlərin görüşü sülh müqaviləsinin bağlanmasına kömək edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml gözləyir ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin Soçidə keçiriləcək üçtərəfli görüşü Qafqaz ölkələri arasında sülh müqaviləsinin bağlanmasına doğru irəliləməyə imkan verəcək.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Hələ də çoxlu problemlər var. Düşünürəm ki, onların hamısı, o cümlədən Soçi görüşündə müzakirə olunacaq. Ümid edirik ki, bu, bir sıra məsələlər, o cümlədən sülh müqaviləsinin imzalanması istiqamətində hansısa yolla irəliləyiş əldə edəcək”, – deyə Rudenko jurnalistlərə bildirib.

Ermənistanın baş naziri Paşinyanın ilin sonuna qədər sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı bəyanatını şərh edən Rudenko vurğulayıb: “Bu həyatda hər şey ola bilər”.

“Dövlət rəhbəri demişkən, yəqin ki, bunun üçün müəyyən əsasları var idi”, – deyə nazir müavini əlavə edib.

Xatırladaq ki, ötən həftə Paşinyan bu ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiyini bildirmişdi. Onun sözlərinə görə, sərhədin delimitasiyası ilə bağlı bir mühüm hal var və İrəvan ümid edir ki, delimitasiya işləri sülh müqaviləsi imzalanana qədər yekunlaşacaq.