Rusiya XİN: Ermənistandakı hadisələrə qarışmırıqbackend

Rusiya XİN: Ermənistandakı hadisələrə qarışmırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı etirazlar bu ölkənin daxili işidir, Rusiya buna qarışmır.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bu, Ermənistanın daxili işidir. Orada baş verən hər şey Ermənistan rəhbərliyinin gündəmə gətirdiyi mövzulardır. Biz bunu bilirik və bu proseslərə qarışmırıq”, – deyə Rusiya XİN başçısının müavini jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanın hər yerində müxalifət ölkənin indiki hakimiyyətinin siyasətinə qarşı etiraz aksiyaları keçirir.