Rusiya bu vaxtdan 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcəkbackend

Rusiya bu vaxtdan 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya daha 4 ölkə ilə hava nəqliyyatını bərpa edir.

NOCOMMENT.az Rusiya Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarusla, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.

Qeyd edək ki, Rusiya koronavirus pandemiyasına görə martın 18-dən hava sərhədini bağlamışdı. Avqustun 1-dən etibarən isə bir sıra ölkələrlə hava nəqliyyatını bərpa edib. Həmin ölkələr sırasında Türkiyə, Böyük Britaniya və Tanzaniya da yer alıb.
APA