Rusiya kəşfiyyat təyyarəsi İsveçin hava məkanını pozdubackend

Rusiya kəşfiyyat təyyarəsi İsveçin hava məkanını pozdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 30-da Rusiyaya məxsus “An-30” hava müşahidə və fotoqrafiya təyyarəsi İsveçin hava məkanına soxulub. Ölkə hakimiyyəti dünyadakı vəziyyəti nəzərə alaraq hadisəni təhlükəli adlandırıb.

“NOCOMMENT” Publika.az istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

“Cümə günü axşam saatlarında Rusiyaya məxsus “An-30” pərvanə ilə idarə olunan təyyarə İsveçin hava məkanını pozub”, – İsveç Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Rusiya təyyarəsi ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən izlənilib və onun fotosu çəkilib. Uçuş İsveç hava məkanına doğru getməzdən əvvəl Baltik dənizində Danimarka adası olan Bernholmdan şərqdə izlənilib.

İsveçin müdafiə naziri Peter Hultkvist Rusiya təyyarəsinin ölkənin hava məkanını pozmasını qəbuledilməz adlandırıb. O, təhlükəsizlik vəziyyəti fonunda insidenti yersiz adlandırıb.

“İsveç suverenliyinə həmişə hörmət edilməlidir”, – müdafiə naziri yekunlaşdırıb.

Xatırladaq ki, martın sonunda göyərtəsində nüvə silahı olan dörd Rusiya döyüş təyyarəsi İsveçin hava məkanını pozmuşdu .

Qeyd edək ki, bu yay Avropa Rusiyanın Alyans ölkələrindən birinə təcavüzünü dəf etmək üçün Soyuq Müharibədən sonra ən böyük NATO təlimlərinə ev sahibliyi edəcək .