Rusiya müdafiə xərclərini artıracaqbackend

Rusiya müdafiə xərclərini artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Maliyyə Nazirliyi 2024-cü ilin büdcəsində müdafiə xərclərini artırmağı planlaşdırır.  

NOCOMMENT.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov müharibənin “yüksək xərclər” tələb etdiyini bildirib.

Rusiya mətbuatında yer alan xəbərlərdə, Rusiya Maliyyə Nazirliyi tərəfindən hazırlanan büdcə layihəsində müdafiə xərclərinin bu illə müqayisədə 68 faiz artaraq 2024-cü ildə 10,8 trilyon rubla (təxminən 111 milyard dollar) çatdırılması nəzərdə tutulduğu bildirilib.