Rusiya: Ukraynadan Moskva və Sevastopola dronlarla hücum cəhdibackend

Rusiya: Ukraynadan Moskva və Sevastopola dronlarla hücum cəhdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Moskva və Sevastopol şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd etdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, nazirliyin bəyanatında “Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb” ifadələri yer alıb.

Açıqlamada paytaxt Moskva istiqamətində uçan 2 PUA -nın Kaluqa vilayətində Maloyaroslavski və Moskva vilayətində Odintsovo üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edildiyi qeyd edilib.

“Sevastopol şəhəri yaxınlığında 2 PUA növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, onlardan 9-u elektron döyüş vasitələri ilə bloklanıb, hədəfə çata bilməyən PUA-lar Qara dənizə düşüb. Qarşısı alınan terror aktları nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb”.

NOCOMMENT.AZ