Rusiya Ukraynaya məxsus Mi-24 helikopterini vurdubackend

Rusiya Ukraynaya məxsus Mi-24 helikopterini vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki , Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində Xarkov vilayətində Ukraynaya məxsus bir Mi-24 helikopterini və iki pilotsuz təyyarəni vurub.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İqor Konaşenkov əlavə edib ki, Rusiya hərbçiləri Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat zamanı 600-dən çox pilotsuz uçan aparatı, 141 təyyarə və 111 helikopteri məhv edib:

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 141 təyyarə, 111 helikopter, 609 pilotsuz uçuş aparatı, 275 zenit-raket kompleksi məhv edilib. 2616 tank və digər zirehli döyüş maşını, 297 reaktiv yaylım atəşi sistemi, 1139 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2426 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib”.
demokrat.az