Rusiya yulaf ixracını kəskin şəkildə artırdıbackend

Rusiya yulaf ixracını kəskin şəkildə artırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin ilk iki ayının nəticələrinə görə Rusiyadan yulaf ixracının ümumi həcmi fiziki baxımdan 3,5 dəfə artaraq 64 min ton həddini keçib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS “Aqroeksport” un statistikasına istinadən yazır.

Pul baxımından yanvar-fevral aylarında Rusiya yulafının ixracı 3,6 dəfə artaraq 15,7 milyon dollara çatıb.

Çin Rusiya Federasiyasından yulaf idxalında lider olub. İlin əvvəlindən ölkə Rusiyadan 9 milyon dollardan çox taxıl alıb ki, bu da ötən ilki göstəricidən 2,4 dəfə çoxdur. Bundan əlavə, Monqolustan bu dövr ərzində alışları kəskin şəkildə artırıb – 3,5 milyon dollara qədər, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 10 dəfə çoxdur.